Ağıllı idarəetmə sistemləri

Bu gün həyatımızı müasir texnologiyalarsız təsəvvür etmək çətindir. Gün ərzində, artıq hər yerdə işimizi, güzəranımızı asanlaşdıran müxtəlif cihazlardan istifadə edirik. Lakin eyni zamanda istifadə etdiyimiz texnologiya məhsullarının bir çoxu cəmiyyətə mənfi təsir göstərir, ətraf mühitin çirklənməsinə, küçələrdə tıxacların, sıxlığın yaranmasına gətirib çıxardır.

Ağıllı idarəetmə sistemləri

Ağıllı şəhər sistemləri

«Ağıllı Şəhər» sisteminin əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu sistem çərçivəsində bütün obyektlərin üzərində mütamadi monitorinq aparılır və məlumatlar toplanır. Həmin məlumatlar təhlil edilir, bunun sayəsində sistem təkmilləşdirilir və daha effektiv hala gəlir.

Misal kimi şəhərin yollarındakı vəziyyəti göstərək. Fərz edək ki, həftənin iş günlərində avtomobillər səhər saat 8-dən 12-dək daha çox şəhərin mərkəzinə doğru, saat 16-dan 20-dək isə daha çox əks istiqamətdə hərəkət edir. Bu haqda məlumat alan sistemin vəzifəsi mümkün tıxacların yaranmasına imkan verməməkdir. Tıxacların qarşısını almaq üçün sistem müəyyən istiqamətlərdə işıqforların iş rejimini tənzimləyir və yollardaki sıxlığı azaldır.

Ümumiyyətlə «ağıllı» nəqliyyat sistemi «Ağıllı şəhər»in ən vacib hissələrindən biridir. Bu sistemin əsas məqsədi yol-nəqliyyat hərəkatını avtomatik rejimdə tənzimləməkdən və ona tam nəzarət etməkdən ibarətdir. «Ağıllı nəqliyyat sistemi» dünyanın bir çox ölkəsində müxtəlif formalarda tətbiq olunur. 2005-ci ildə İtaliyanın «Autostrade per l’Italia» şirkəti ölkənin avtostradalarında «Tutor» sistemini tətbiq etməyə başladı. Sistem yollarda 10 km aralıqla yerləşdirilmiş sürət sensorlarından, avtomobillərin qeydiyyat nömrələrindəki çiplərdən və GPS cihazlarından alınan məlumatları toplayaraq orta sürəti hesablayır, həmin sürətin saatda 130 km-dən çox olduğu halda (yağış zamanı 110 km/s) sürət həddini aşan avtomobillərə avtomatik şəkildə cərimə kəsir. Məbləği 145 avrodan 1500 avroya qədər dəyişən həmin cərimələrin təsiri qısa zamanda özünü hiss etdirdi.

«Ağıllı» nəqliyyat sistemi

Belə ki, 2007-2009-cu illərdə kəsilən 160 min cərimə qəza hadisələrinin sayının 20% azalmasına səbəb oldu. Bu gün «Tutor» İtaliyanın bütün avtomobil yollarında yerləşdirilib

«Ağıllı» nəqliyyat sistemi paytaxtımız Bakıda da qurulmuşdur. «Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi»nin necə işlədiyinə nəzər salaq. Yollarda yerləşən radioelektron detektorlar buradakı vəziyyət barədə məlumat toplayıb mərkəzi serverə göndərir. Detektorlar hər dəqiqə yollardaki 3 parametri ölçür: avtomobillərin sayını, hərəkət sürətini və hərəkət intensivliyini. Bu məlumata əsasən sistem yol hərəkatını tənzimləmək üçün müəyyən müdaxilələr edir. Müdaxilə yetərsiz olduğu halda sistem tıxac barədə məlumatı əsas yollarda quraşdırılmış monitorlara göndərib tıxac tərəfə hərəkət edən avtomobillərə xəbərdarlıq edir. Sürücülər yollardakı vəziyyətdən həmçinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin «141» qaynar xəttindən, eləcə də «Baku ITS» mobil tətbiqi vasitəsilə xəbərdar ola bilərlər.

Elektromobillərlə bağlı bilməli olduğunuz anlayışlar

Elektromobillərlə bağlı bilməli olduğunuz anlayışlar

Akkumulyator qrupunda yığılan elektrik enerjisini elektrik mühərriklərində hərəkət enerjisinə çevirərək...

Daha ətraflı
LeapMotor İlkin Ödənişsiz Elektrikli Avtomobil Kampaniyası Təqdim Edir!

LeapMotor İlkin Ödənişsiz Elektrikli Avtomobil Kampaniyası Təqdim Edir!

Kampaniya çərçivəsində LeapMotor tam elektrik C11 markasını ilkin ödənişsiz və tam...

Daha ətraflı