Leapmotor Çində yerləşən aparıcı ağıllı elektrik avotomobilləri şirkətidir.

Leapmotor istehlakçılara ən yaxşı ağıllı mobillik təcrübəsini təqdim etməyi hədəfləyir.

Elektronika və süni intellekt texnologiyaları sahəsində 30 illik təcrübəyə malik mühəndislərin yaratdığı avtomobillər

Bənzəri olmayan üstün texnologiyalar və ağıllı xüsusiyyətlərə malik elektrik avtomobilləri layihələndirir və istehsal edirik.

Bənzəri olmayan üstün texnologiyalar və ağıllı xüsusiyyətlərə malik elektrik avtomobilləri layihələndirir və istehsal edirik.

Elektronika və süni intellekt sahəsində 30 ilə yaxın təcrübəsi olan mühəndislər tərəfindən

Şirkət uzunmüddətli dərin təcrübə yaratmaq və gələcək bazarı hədəfləmək üçün dünyaca məşhur avtomobil və texnologiya şirkətlərində, eləcə də maliyyə institutlarında işləmiş idarəetmə komandasına malikdir.

Ağıllı Güc Sistemi

Ağıllı Güc Sistemi

Biz elektrik mühərriklərimizi, sürət qutularımızı və MCU-larımızı özəl elektrik ötürücü sistemimiz "Heracles"a inteqrasiya edirik. 94,6%-ə qədər sənayedə lider olan maksimum effektivliyə malik daha təkmil yağ soyutma elektrik ötürücü sistemi "PanGu"nun kütləvi istehsalını gözləyirik. Biz daima öz batareya paketimizi və batareya idarəetmə texnologiyalarımızı inkişaf etdiririk.

Avtonom Sürücülük Sistemi

Avtonom Sürücülük Sistemi

Ən son avtonom idarəetmə sistemimiz olan Leapmotor Pilot 3.0 360 dərəcə görmə və 22 avtonom idarəetmə funksiyasına malikdir. 2021-ci ilin iyun ayında avtonom sürücülük alqoritmləri üzrə komandamız, "2021 Waymo Open Dataset Challenges"də "Real Time 2D Detection Challenge"da birinci yeri qazandı.

Ağıllı İdarəetmə Sistemi

Ağıllı İdarəetmə Sistemi

Leapmotor OS idarəetmə paneli geniş çeşiddə yüksək inteqrasiya olunmuş interaktiv funksiyalara sahibdir və istifadəçinin seçiminə əsasən 15 fərdiləşdirilə bilən avtomobildaxili parametrlərin avtomatik konfiqurasiyasına imkan verir. Leapmotor OS həmçinin IoV sistemi vasitəsilə avtomobilin uzaqdan idarə edilməsi və mobil səslə idarəetmə də daxil olmaqla bulud əsaslı xidmətlər təklif edir.

Distribütor Haqqında

LeapMotor Azərbaycanda rəsmi distribütoru “SR GROUP MMC”dir. Şirkət bir sıra fərqli sektorlar üzrə müxtəlif uğurlu biznes sahələrinə sahib olduğu kimi, avto sektorunda da 1996-cı ildən bu günədək davam edən böyük bir təcrübəyə malikdir. Bu sahədə sahib olduğu brendlərin hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış etməyə müvəffəq olmuşdur.